LTC Lab-da müəllimlə praktiki sosial media dərsi

    3 ay · Praktiki sosial media təlimi

    Praktiki SMM

    Sosial media. Kontent. Süni intellekt.

    Brendin sosial media hesabından reklam kampaniyasına qədər: kontent yarat, çək, montaj et və AI alətləri ilə ideyalarını həyata keçir.

    Real brend layihəsi / Çəkiliş praktikası / Karyera dəstəyi

    Qısaca

    Müddət
    3 ay, 16 modul
    Format
    Əyani, LTC Lab kampusunda
    Ünvan
    Caspian Business Center, 10-cu mərtəbə, Bakı
    Təlimçilər
    Mirnadir Seyidzadə, Tərlan Mövlamov
    Əsas alətlər
    Instagram, Facebook, TikTok, Canva, CapCut, Meta Ads, Gemini, Claude
    Nəticə
    Real brend layihəsi, reklam kampaniyası və karyera dəstəyi

    İdeyadan real işə

    Bu kursda nə öyrənəcəksən?

    Sosial media idarəetməsi

    Brend profili, kontent strategiyası, story və auditoriya ilə ünsiyyət.

    Vizual kontent və dizayn

    Canva ilə vahid üslub, postlar və fərqli platformalara uyğun formatlar.

    Çəkiliş və video montajı

    Telefon və kamera ilə çəkiliş, işıq, səs, Reels və CapCut montajı.

    Süni intellektlə kontent

    Şəkil, video və səs generasiyası, AI personajı və UGC reklamları.

    Meta və TikTok reklamları

    Kampaniya, auditoriya, büdcə, reklam kreativi və nəticələrin təhlili.

    Brend layihəsi və təqdimat

    Kontent, dizayn və reklam materiallarını vahid strategiyada birləşdirmək.

    Praktika ilə öyrənirik

    Sadəcə izləmə, özün yarat.

    Çəkiliş studiyasında avadanlıqlarla işləmək, telefon və kamera ilə çəkiliş, işıq, səs yazılışı və montaj təlimin praktiki hissəsidir.

    LTC Lab-da komanda ilə kontent üzərində praktiki iş
    Komanda ilə real brend üzərində iş
    Telefonla sosial media üçün məhsul videosunun çəkilişi
    Kontent çəkilişi və vizual hekayə

    SMM-dən AI kontentə qədər

    16 moduldan ibarət hərtərəfli kurikulum

    1. 1-ci Ay · Təməl və vizual istehsal

      Sosial media platformalarının alqoritmləri ilə tanış olur, komandada ünsiyyət və kreativ düşünmə üzərində işləyirik. Instagram, Facebook və digər Meta platformalarında brend profili yaradır, texniki sazlama və rol bölgüsünü öyrənirik.

    İşləyəcəyimiz alətlər

    • Instagram
    • Facebook
    • Meta Business Suite
    • Meta Ads Manager
    • Canva
    • CapCut
    • TikTok
    • TikTok Ads
    • LinkedIn
    • Nano Banana
    • Flux
    • Seedream
    • Veo 3.1
    • Google Omni
    • Seedance
    • Wan
    • Kling
    • Suno
    • Gemini
    • Claude
    • Gamma

    Təlimçilər

    Təcrübədən öyrən.

    Mirnadir Seyidzadə — Praktiki SMM təlimçisi

    Mirnadir Seyidzadə

    Rəqəmsal marketinq və biznes inkişafı

    LTC Lab və Gestalt Psixologiya Mərkəzinin marketinq direktoru. Rəqəmsal fəaliyyətinə 2014-cü ildə veb tərtibatçı kimi başlayıb, 2017-ci ildən rəqəmsal marketinq və rəqəmsal biznes inkişafı sahəsində çalışır.

    Tərlan Mövlamov — Praktiki SMM təlimçisi

    Tərlan Mövlamov

    UX/UI dizayn və süni intellekt · PASHA Life

    PASHA Life şirkətində UX/UI dizaynerdir və Friends of Figma Baku icmasının rəhbərlərindən biridir. Rəqəmsal fəaliyyətinə 2021-ci ildə başlayıb; UX/UI dizayn, məhsul quruculuğu və süni intellekt üzrə ixtisaslaşıb.

    Rəqəmsal marketinq • Meta reklamları • Neyromarketinq
    Mirnadir Seyidzadə — LTC Lab Praktiki SMM təlimçisi

    Mirnadir
    Seyidzadə

    İnsanları anlayan, biznesi böyüdən marketinq.

    SMM və rəqəmsal strategiya

    2017-ci ildən rəqəmsal marketinq sahəsində çalışır, 80-dən çox şirkətlə qazandığım təcrübəni brendlərin inkişafına yönəldirəm. Kontenti, kommunikasiyanı və reklamı vahid strategiyada birləşdirirəm.

    Meta reklamları

    Meta ekosistemi üzrə peşəkar biliyimlə reklam hesablarının qurulmasından kampaniyaların optimallaşdırılmasına qədər bütün prosesi idarə edirəm. Auditoriya, kreativ və datanı biznes məqsədlərinə uyğunlaşdırıram.

    Neyromarketinq

    Neyromarketinq üzrə dərin təcrübəmlə insanların diqqətini, etibarını və seçimlərini formalaşdıran amilləri araşdırıram. Bu anlayışı daha təsirli mesajlara və müştərinin qərarvermə prosesinə uyğun marketinq həllərinə çevirirəm.

    • 2017-ci ildən
    • 80+ şirkət
    • Meta Ads
    • Rəqəmsal strategiya
    • Neyromarketinq

    Karyera və təcrübə mərkəzi

    Fərdi ehtiyac analizi, portfolio formalaşdırılması və bacarıqların inkişafı təhsil yolunun bir hissəsidir. Karyera mərkəzi tələbələri həm öz məqsədləri, həm də işəgötürənlərin ehtiyacları əsasında dəstəkləyir.

    • CV və portfolio hazırlığı
    • HR və ekspert görüşləri
    • Müsahibə simulyasiyaları
    • Fərdi karyera ehtiyaclarının analizi

    Nəticələr

    Tədris bitdi, iş başladı.

    Praktiki SMM məzunlarımız artıq market, media, butik və startaplarda çalışır, bəziləri isə öz biznesini qurur. Onların yolu sənin də yolun ola bilər.

    Elgün Babazadə — Favorit Premium Market, Social Media Mütəxəssis
    Səbinə Məmmədova — Kinobox, Content Manager
    Kamil Hüseynov — Ali və Nino, Content Creator
    Nəzrin Ağayeva — Bakery Street, Marketing Manager
    Aynaz Bəhrampur — Luxe Home, SMM
    Vüsal Mirzəyev — Star Collages, Marketing Director
    Sahimə Məmişova — Digital Marketing Specialist
    Aysel Kərimli — Anna Paula butik, SMM
    Nərmin Cəfərli — The Chafarli, CEO
    Şəkər Yusifova — Kayropraktik Onurğa mərkəzi, SMM

    Sürüşdürərək baxın

    Tez-tez verilən suallar

    Praktiki SMM ilə başla.

    Sosial media, kreativ kontent və reklam bacarıqlarını bir proqramda inkişaf etdir.

    Qeydiyyatdan keç