6 ay · həftədə 4 gün · qeydiyyat açıqdır

    Data Analytics with Python

    Python, SQL, Power BI, Machine Learning və AI alətləri ilə datadan real biznes qərarları çıxarmağı öyrən.

    Praktiki dərslər Mentor dəstəyi Beynəlxalq sertifikasiya imkanı

    Data bacarığı artıq bazar tələbidir

    Şirkətlər hər gün minlərlə sətir data toplayır, amma onu qərara çevirə bilən mütəxəssis çatışmır.

    Excel-dən kənara çıxa bilmirəm

    Böyük datanı emal etmək üçün Python və SQL bacarıqları olmadan analitika səthi qalır.

    Rəqəmləri qərara çevirə bilmirəm

    Data var, amma ondan biznes üçün mənalı nəticə çıxarmaq ayrıca bacarıqdır.

    AI alətlərini işimə qoşa bilmirəm

    Copilot, Julius və LLM-lər analitikanın sürətini dəyişir — düzgün istifadə lazımdır.

    Bu kursdan sonra nə bacaracaqsan?

    Python ilə data emalı və avtomatlaşdırma

    SQL ilə verilənlər bazasından məlumat çıxarmaq

    Statistik analiz və vizualizasiya hazırlamaq

    Machine Learning modelləri qurmaq

    Power BI-da peşəkar dashboard qurmaq

    AI alətləri ilə analitikanı sürətləndirmək

    Tədris xəritəsi

    6 ay, addım-addım

    1–2-ci ay

    Core Python

    2–3-cü ay

    Data Analytics

    4-cü ay

    Machine Learning

    5-ci ay

    Power BI & Excel

    6-cı ay

    SQL

    Syllabus

    Kurs proqramı

    6 modul, praktiki tapşırıqlar və real layihələr.

    MODUL 01

    Core Python

    Python-un təməlindən başlayırıq: data tipləri, operatorlar, şərt strukturları və dövrlər, siyahı, tuple, set və dictionary kimi data strukturları, funksiyalar. Notebook mühitindən peşəkar IDE-yə keçid edir, Copilot inteqrasiyası ilə AI-native kod yazma vərdişini formalaşdırırıq.

    MODUL 02

    Analytics

    NumPy və deskriptiv statistika ilə başlayıb Pandas üzərində data analizi, təmizlənməsi və qabaqcıl manipulyasiya texnikalarını mənimsəyirik. Matplotlib və seaborn ilə vizualizasiya, hipotez testləri və statistik analiz keçirik. Modul uçdan-uca avtomatlaşdırılmış analitika pipeline layihəsi, AI-dəstəkli EDA və Julius AI ilə no-code analiz ilə tamamlanır.

    MODUL 03

    Machine Learning

    Maşın öyrənməsinin təməl anlayışlarından sonra supervised alqoritmlərlə — KNN, xətti reqressiya, decision tree, bagging və random forest — işləyirik. Unsupervised tərəfdə Kmeans və PCA öyrənilir, praktikada isə sadə ML workflow qurulur və Kmeans ilə real RFM analizi aparılır.

    MODUL 04

    Artificial Intelligence & Applications

    Generativ AI və NLP əsasları, prompt engineering, OpenAI API-ləri ilə şəxsi AI tətbiqlərinin qurulması. Julius AI ilə uçdan-uca data analizi, Streamlit ilə interaktiv analitika dashboard tətbiqinin hazırlanması və AWS fokuslu cloud computing əsasları — S3, EC2 kimi servislərlə praktiki case study.

    MODUL 05

    Power BI & Excel

    Excel-də təmizləmə, formatlama, lookup funksiyaları, pivot cədvəllər və dashboard qurma ilə başlayır, Power BI-a keçirik. Power Query və M dilinin əsasları, data modelləmə, DAX funksiyaları, müsahibə tapşırığı formatında praktika, Power BI Service üzərindən dashboard paylaşımı və Copilot inteqrasiyası.

    MODUL 06

    SQL

    Verilənlər bazalarının məntiqindən başlayaraq sorğu yazmağı, filtrasiya, JOIN, UNION və INTERSECT əməliyyatlarını, aqreqat funksiyalar və qruplaşdırmanı öyrənirik. Subquery və CTE ilə qabaqcıl manipulyasiya, INSERT/UPDATE/DELETE, indeksləmə və performans optimizasiyası, həmçinin Claude ilə AI-dəstəkli SQL yazımı.

    İşləyəcəyimiz alətlər

    PythonNumPypandasmatplotlibseabornSQLPower BIPower QueryDAXExcelStreamlitCopilotJulius AIOpenAI APIClaudeAWS
    Beynəlxalq tanınma

    Python Institute sertifikatları

    OpenEDG Python Institute ilə rəsmi tərəfdaşlıq çərçivəsində PCEP, PCAP və PCPP sertifikatlarına hazırlıq dəstəyi.

    Python Institute
    PCEP

    PCEP

    Entry Level Python Programmer

    PCAP

    PCAP

    Certified Associate in Python

    PCPP

    PCPP

    Certified Professional in Python

    Sertifikatlar 150+ ölkədə tanınır

    Təlimçilər

    Sənayedən gələn müəllimlər

    İbrahim Bədəlov portreti

    İbrahim Bədəlov

    Senior Machine Learning — Golden Pay • Data Analytics with Python instructor — LTC Lab

    Karyerasına 2018-ci ildə Rabitəbankda Data Analyst intern olaraq başlayıb; Kapital Bank, Polcare, ING Hubs Poland və Revolut şirkətlərində Senior Data Scientist vəzifəsində çalışıb. Bakalavr təhsilini İnönü və Szczeciński universitetlərində, magistr dərəcəsini FAU Erlangen-Nürnberg Universitetində iqtisadiyyat üzrə alıb.

    Şamil Şükürov portreti

    Şamil Şükürov

    Data Scientist — Kapital Bank • Data Analytics with Python instructor — LTC Lab

    eManat-da Junior Data Analyst, QSS-də instructor olaraq fəaliyyət göstərib. Bakalavr təhsilini Strasbourg və UFAZ universitetlərində kompüter elmləri, magistr dərəcəsini isə ADA Universitetində kompüter elmləri və data analitika ixtisası üzrə alıb.

    Rinat Məmmədov portreti

    Rinat Məmmədov

    Analitik araşdırma mütəxəssisi — PashaPay • Data Analytics with Python instructor — LTC Lab

    Karyerasına SCALI'S-də daxili audit sahəsində başlayıb. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatı, magistr dərəcəsini isə Beynəlxalq Ticarət ixtisası üzrə tamamlayıb.

    Gülay Əhmədli portreti

    Gülay Əhmədli

    Power BI / Data Visualization — Ferrum Capital • Data Analytics with Python instructor — LTC Lab

    Power BI, Excel və data vizualizasiya sahəsində 5 illik təcrübəyə malikdir. Ferrum Capital-da data reporting və dashboard layihələri üzərində işləyib.

    Niyə LTC Lab?

    Praktiki dərslər

    Hər yeni mövzu ayrıca praktiki dərsdə təkrarlanır və möhkəmlənir.

    Mentor dəstəyi

    Mentorlarımız həftə içi 5 gün suallarınıza dəstək olur.

    Beynəlxalq sertifikat

    OpenEDG Python Institute ilə rəsmi tərəfdaşlıq imkanları.

    AI-native yanaşma

    Copilot, Julius AI və LLM-lər bütün modullara inteqrasiya olunub.

    Tez-tez verilən suallar